Milli Məclisin deputatı ürəyindən əməliyyat olunub

20 Dekabr 2019 - 13:28

Milli Məclisin deputatı Mahir Aslanov ürək əməliyyatı olunub.

APA-nın xəbərinə görə, deputatın ürəyində problem yarandığından 3 gün əvvəl Almaniyada xəstəxanaya yerləşdirilib.

Mahir Aslanov ürəyindən əməliyyat olunaraq 2 stent qoyulub.

Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.