Mingəçevirdə 46 yaşlı kişi dəm qazından boğulub –

13 Yanvar 2022 - 15:50

Mingəçevirdə mənzildə meyiti tapılan şəxsin dəm qazından boğularaq öldüyü məlum olub.

Hadisə gecə saatlarında baş verib. Mingəçevir şəhəri, Şəhriyar küçəsi, 4 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Şəki rayonunun Dəhnə kənd sakini Abir Məmmədov vanna otağında dəm qazından boğulub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma gedir.