“Qərb Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
Onun fikrincə, buna sübut Qərb dövlətlərinin Minsk razılaşmalarını yerinə yetirmək istəməməsidir: “Minsk razılaşmalarını Putinlə birgə imzalayanlar onu həyata keçirmək niyyətində olmadıqlarını açıq şəkildə etiraf etməklə, Putini çaşdırmaq niyyətini ortaya qoydular. Məhz onlar daim narahat olduqları Ukraynanın ərazi bütövlüyünü pozublar”-Lavrov deyib.
Azpost.info