“2020-ci ildə Belarusda çevriliş baş tutsaydı, Qərb Rusiyaya qarşı hərbi əməliyyatlara başlayacaqdı”.
Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Qərb buna hazırlaşırdı. Biz bunu dəqiq bilirik. Mən Putinə dedim ki, biz bu faktları dərc edəcəyik. 2020-ci ildə Belarusda baş verən qiyamdan sonra necə olacaqdı? Onlar NATO qoşunları ilə Smolensk vilayətlərinin sərhədinə çatır, hakimiyyəti bizdən alır, Donbasdan Rusiyaya qarşı müharibəyə başlayırlar… Müharibə 2021-2022-ci illərdə başlamalı idi”.
Azpost.info