Misir buğdanı Rusiyadan yox, Fransa və Bolqarıstandan alacaq

Misir Rusiya taxılının əvəzinə Fransa və Bolqarıstandan təxminən yarım milyon ton buğda alacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Rusiya buğdanın Moskvanın müəyyən etməyə qiymətindən aşağı olması səbəbindən razılaşmadan imtina edib.

Belə ki, sentyabrın əvvəlində Misirin təchizat naziri Əli Əl-Mosilhi bildirib ki, Qahirə birbaşa danışıqlar zamanı 480 min ton Rusiya buğdasını almağa razılaşıb. Razılaşma Rusiya rəsmilərinin o zaman müəyyən etməyə çalışdığı qeyri-rəsmi qiymət səviyyəsindən aşağı, yükdaşıma daxil olmaqla, bir ton üçün 270 dollara bağlanıb. Sonradan Rusiya razılaşmadan imtina edib.

Avqustda Misir Rusiya buğdasının ən böyük (910 min ton) alıcısı olmuşdu.

Azpost.info

Əvvəlki məqalə

“Xankəndinə hucum etməyimiz barədə xəbər yalandır” –

Sonrakı məqalə

Sabah hava necə olacaq?