Misirdə nikah dələduzluğu ilə bağlı Firona müraciət tapılıb –2 min yaşı olan ərizəni aldadılmış qız yazıb

Rusiya Elmlər Akademiyasının misirşünaslıq Mərkəzinin arxeoloqları Fayum vadisində saxta nikah dələduzluğu ilə bağlı qədim sənədi tapıblar.

Azpost.info “İzvestiya” qəzetinə istinadən bildirir ki, bu sənədin 2 min ildən çox yaşı var.

Əlyazma toyu baş tutmamış Filumena adlı qızın şikayətidir. O, firon Ptolomeydən xahiş edir ki, keçmiş nişanlısı Numeniyanı cəzalandırsın. Oğlan ona evlənmək vəd etsə də sözündən qaçıb və cehizləri də mənimsəyibmiş.

Sənədi Deyr-əl-Banat nekroplunda tapıblar. Orada min il ərzində -eramızdan əvvəl dördüncü əsrdən Bizans Misirinə olan zamana qədər insanları dəfn ediblər.

Əlyazma məzar yerinə ritual bəzək kimi düşüb.  Özünə bahalı daş-qaş əldə edə bilməyənlər onu çox vaxt ucuz xammala əvəz edirdilər. Məsələn, boyunbağının analoqu kimi preslənmiş papirus tikələrindən istifadə edilirdi.

Azpost.info

 

Əvvəlki məqalə

Göz ana dilində və xarici dildə olan mətnə fərqli reaksiya verirmiş –

Sonrakı məqalə

Bakıda beynəlxalq konfrans keçirilir, Prezident iştirak edir –