Rusiyanın Baş naziri Çin lideri ilə görüşdü- "Qərbə birgə müqavimət göstərəcəyik"

“Moskva və Pekin qeyri-qanuni sanksiyalarla, təzyiq yolu ilə öz iradəsini diktə etməyə çalışanları cavabsız qoymayacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin Çin lideri Si Cinpinlə görüşdə bildirib.

O qeyd edib ki, hər iki ölkə bir sıra dövlətlərin qlobal dominantlığı saxlamaq istəyinə qarşıdır: “Ölkələrimiz kollektiv Qərbin qlobal üstünlüyünü saxlamaq, müstəqil dövlətlərə qeyri-qanuni sanksiyalar tətbiq etmək cəhdlərinə qarşı birgə müqavimət göstərir”.

Baş nazir deyib ki, Moskva Pekinlə tərəfdaşlıq və əməkdaşlığı, çoxəsrlik mehriban qonşuluq əlaqələrini yüksək qiymətləndirir. Onun fikrincə, bu, beynəlxalq arenada artan turbulentlik şəraitində böyük əhəmiyyət kəsb edir.

Çin lideri Si Cinpin iki ölkə arasında əlaqələrin davamlı şəkildə inkişaf etdiyini və hazırda çoxşaxəli əməkdaşlığın mövcud olduğunu bildirib.

Mişustin Çinə səfərinin əsas məqsədinin hökumətlər vasitəsilə səmərəli işin təşkili olduğunu deyib. Onun sözlərinə görə, Moskva və Pekin hökumət başçılarının müntəzəm görüşləri mexanizmini işə salmaq barədə razılığa gəliblər. Növbəti belə tədbir ilin sonunda keçiriləcək.

Azpost.info

Əvvəlki məqalə

Məşhur yunan müğənnisinə “Bayatılar” mahnısını ifa etmək qadağan edildi –

Sonrakı məqalə

“Üçtərəfli bəyanat çərçivəsində Ermənistan öhdəliklərini yerinə yetirmir”