Mixail Qorbaçovun varisləri Rusiyada yaşamaqdan imtina edib –

Nəvəsi şərab satır
01 Noyabr 2021 - 10:25

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovun varisləri Rusiyada yaşamır. 

Azpost.info bildirir ki, onun yeganə qızı İrina Verqanskaya Moskvada klinikada kardioloq kimi çalışıb. 1994-cü ildən “Qorbaçov-Fond”un vitse-spikeri postunu tutur. O hazırda Almaniyada yaşayır.

Qorbaçovun böyük nəvəsi Kseniya də artıq uzun illərdir Almaniyada yaşayır. O həyat yoldaşı ilə birgə elit şərab dükanları şəbəkəsinin sahibidir. Kiçik nəvəsi Anastasiya da Berlinə köçüb. O, vətəni Rusiyaya qayıtmaqdan imtina edib və Almaniya vətəndaşlığı almağa hazırlaşır.