“Moldovanın Rusiya diplomatik nümayəndəliklərinin sayını azaltmaq qərarı ölkə rəhbərliyinin qeyri-dost xəttinin davamıdır”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, Kişinyovun belə addımları Rusiya tərəfindən cavabsız qalmayacaq.
Peskov Moldovanın Moskva ilə münasibətlərini qəsdən pisləşdirdiyini deyib: “Təəssüf ki, Kişinyov bilərəkdən münasibətlərimizi çox acınacaqlı vəziyyətə gətirir. İndi Moldovada rusofobiya hər cür təşviq olunur”.
Azpost.info