Moldova daxili işlər naziri istefa verib- Kişinyov aeroportundakı atışmaya görə

Moldova daxili işlər naziri Anna Revenko istefa verib.

Azpost.info xəbər verir ki, buna bir neçə gün əvvəl Kişinyov hava limanında baş verən atışma səbəb olub.

İyunun 30-da Kişinyov hava limanında atışma olub. Tacikistan əsilli 43 yaşlı Rüstəm Aşurov ölkəyə buraxılmasına icazə verilmədiyi üçün hava limanının mühafizəçisi və sərhəd polisini öldürüb.

Həbs zamanı Aşurov yaralanıb, daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Tacikistanda Rüstəm Aşurov “Orienbank” sədrinin birinci müavini Şuxrat İsmatulloyevi oğurlamaqda ittiham olunur. Baş Prokurorluğun məlumatına görə, o, Avropa İttifaqı ölkələrində gizlənmək məqsədi ilə ölkədən Türkiyə vasitəsilə Moldovaya qaçıb.

Azpost.info

Əvvəlki məqalə

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendum keçirməkdən imtina etdi

Sonrakı məqalə

Bakı-İstanbul aviareysi üzrə uçuş texniki səbəbdən gecikir