Moldova MDB-ni tərk edir- Parlamentlərarası Assambleyadan çıxış təsdiqləndi

Moldova hakimiyyəti ölkənin 1994-cü ildən üzv olduğu postsovet bloku olan MDB ilə əlaqələri kəsir.

Azpost.info xəbər verir ki, bu gün Moldova parlamenti birliyin yaradılmasından bəri fəaliyyət göstərən və əsas vəzifəsi üzv ölkələrin qanunvericiliyinin uyğunlaşdırılması olan MDB Parlamentlərarası Assambleyasının tərkibindən çıxdığını təsdiqləyib.

1995-ci ildə Minskdə imzalanmış MDB Parlamentlərarası Assambleyası haqqında konvensiya hökumətin müvafiq qanun layihəsini Moldova parlamentinə təqdim etməsindən sonra denonsasiya edilib.

Kişinyov hələ fevral ayında Assambleyadakı daimi nümayəndəsini geri çağırıb.

Ukraynada müharibə başlayandan Moldova nümayəndələri MDB səviyyəsində iştirakını dayandırıb və birlikdən çıxmaq imkanlarını nəzərdən keçirir.

MDB-nin 1993-cü ilin sonunda qəbul edilmiş Nizamnaməsi təşkilatdan çıxmaq prosedurunu nəzərdə tutur. Bunun üçün dövlət geri çəkilməyə bir il qalmış yazılı bildiriş göndərməlidir. Gürcüstan 2008-09-cu illərdə bu prosedurdan keçib və MDB-dən çıxıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident Füzuli rayonuna səfər edib

Sonrakı məqalə

“Sülhməramlıların Qarabağda fəaliyyətinə tələbat var” –