Moldova Putinin ölkəyə girişinə qadağa qoydu- Baş nazirdən AÇIQLAMA

Moldova hökuməti Rusiya prezidenti Vladimir Putini ölkəyə girişi qadağan edilən rusların “qara siyahı”sına daxil edib.

Azpost.info xəbər verir ki, bu barədə Baş nazir Dorin Reçan bildirib.

“Bu, açıq siyahı deyil, bizim müvafiq orqanlarımızda var. Bu siyahıda olanlar ölkəyə daxil olduqdan sonra qadağadan xəbər tutacaqlar. Amma onların çoxu bu haqda bilir”, – Reçan deyib.

Onun sözlərinə görə, siyahı kifayət qədər uzundur və bura Vladimir Putin də daxildir. Baş nazir sənədin doğru zamanda ictimaiyyətə açıqlanacağına söz verib.

Siyahıda Putindən başqa, rusiyalı müğənni Filipp Kirkorov, həmçinin keçmiş baş prokuror İqor Çaykanın oğlu da var.

“Rusiya bizə nə etməli olduğumuzu və ya nə edə biləcəyimizi diktə edə bilməz. Moldova azad və suveren ölkədir. Hər kəs öz yerini bilməlidir”, – Moldova Baş naziri qeyd edib.

Mart ayında Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib. İndi o, BCM-nin yurisdiksiyasını tanıyan 123 ölkədə saxlanıla bilər. Moldova Roma Statutunu ratifikasiya edib və 1 yanvar 2011-ci ildə BCM-nin yurisdiksiyasını tanıyan 114-cü dövlət olub. Putin “dost” Tacikistan, Venesuela, Əfqanıstan, Braziliya, Mərkəzi Afrika Respublikası və Nigeriyada da həbs oluna bilər.

Azpost.info

 

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Bu gün İntizam Komissiyası Vahid Əhmədovun məsələsinə baxacaq