Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Esaulenko istefa ərizəsi yazıb.
Azpost.info xəbər verir ki, o, qərarını başqa işə keçidlə izah edib. Ərizəyə parlamentin iyunun 2-də keçiriləcək plenar iclasında baxılacaq.
Aleksandr Esaulenko 2019-cu il iyunundan bu postu tutur. Bundan əvvəl o, hərbi əks-kəşfiyyata rəhbərlik edib. 2018-ci ilin noyabrından isə indi rəhbəri olduğu qurumda müavin olub. İnformasiya və Təhlükəsizlik Xidməti ölkə prezidentinə hesabat verir. Onun rəhbəri prezidentin təklifi ilə parlament tərəfindən təyin edilir.
Azpost.info