Moldovada müxalifətçi Şor partiyasının bütün üzvləri həbs edilib

Moldovada müxalifətdən olan Şor partiyasının bütün üzvləri həbs edilib.

TASS xəbər verir ki, partiya hakimiyyət əleyhinə etirazlar təşkil etməkdə ittiham olunur.

Partiya lideri İlan Şor prezident Maya Sandunu böhrandan çıxış yolu tapmağa çağırıb.

Öz növbəsində, Moldovanın baş prokuroru vəzifəsini icra edən İon Muntyanu partiyanın mümkün ləğvini açıqlayıb.

Fəallar ölkədə sabitliyi pozmaqda ittiham olunurlar.

Əvvəlki məqalə

“Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyirəm” –

Sonrakı məqalə

DİN Qaxda baş vermiş qətllə bağlı məlumat yayıb