Qələbə Günündə Müqəddəs Georgi lentini taxan Moldova sakinləri cərimələnəcəklər.
Azpost.info xəbər verir ki, bunu Moldova Baş naziri Dorin Reçan bildirib.
Onun sözlərinə görə, bu tədbirin görülməsi qanuna zidd deyil, çünki Moldovada məlum simvol qadağandır.
“Bu simvollar qadağandır, onların istifadəsinə icazə verilməyəcək”, – Reçan deyib.
Xatırladaq ki, Moldovada Georgi lenti, həmçinin “V” və “Z” simvollarının taxılması qadağandır.
Azpost.info