Moldovada Rusiyanın “Mayak” radiosunun ötürücü qüllələri partladılıb-FOTO

Moldovanın separatçı Dnestryanı bölgəsində Rusiyanın “Mayak” radio -telemərkəzinin ərazisində partlayış olub.
Azpost.info bildirir ki, naməlum şəxslər Rusiyanın “Mayak” radiosunun iki güclü antenna qülləsini sıradan çıxarıb.
Bbu barədə separatçı ərazinin rəhbərləri açıqlama yayıb. Partlayış səhər saat 6.40-da baş verib.
Dnesteryanı tele-radio mərkəzi postsovet məkanında SSRİ-nin 14 radioötürücü mərkəzindən biridir. Bu Mərkəz siqnalları ABŞ, Latın Amerikası və Yaxın Şərqə ötürə bilir.
Bu artıq separatçı ərazidə ikinci partlayışdır.  Bu günlərdə separatçı qurumun “təhlükəsizlik xidməti”nin binası tankəleyhinə qranatomyotdan atəşə tutulub.
Əvvəlki məqalə

İcra Hakimiyyətinin ətrafına bomba qoyduğunu deyən şəxs həbs edilib

Sonrakı məqalə

Saakaşvili sabiq prezidentin partiyasına sədr təyin olunmasına razılıq verib