Moldovanın ilk prezidenti Mirça Snequr vəfat edib

Moldova Respublikasının ilk prezidenti Mirça Snequr 82 yaşında vəfat edib.

Azpost.info bildirir ki, onun ölümü ilə bağlı məlumatı keçmiş baş nazirin müavini Konstantin Tampiza Facebook* sosial şəbəkəsindəki səhifəsində təsdiqləyib.

Snequr respublikaya 1990-1997-ci illərdə rəhbərlik edib. Tampiza siyasətçinin sağalmaz xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.

Snequr respublikanın Floresti rayonunun Trifanesti kəndində anadan olub. O, siyasi fəaliyyətinə Moldova SSR Nazirlər Soveti sədrinin səlahiyyətlərini icra edən vəzifədən başlayıb, sonra MSSR Ali Sovetinə rəhbərlik edib, sonra isə prezident olub.

Azpost.info

Əvvəlki məqalə

Kim Çen In Putini ölkəsinə səfərə dəvət edib

Sonrakı məqalə

Rusiyada bu xəstəliyi olan vətəndaşlar səfərbərliyə çağrılmayacaq –