Moldova Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti İqor Dodonun evində axtarış aparıb.
“RİA Novosti” xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Marianna Kerpek bildirib.
Onun sözlərinə görə, axtarışı Baş Prokurorluğun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları həyata keçiriblər.
İ.Dodon iş adamı Vladimir Platxotnyukdan rüşvət almaqda ittiham olunur.
Baş prokurorluğun bəyaantında deyilir ki, sabiq prezident dövlətə xəyanətdə ittiham olunur. Ona qarşı Cinayət məcəlləsinin 324 (korrupsiya), 337-ci maddə ( dövlətə xəyanət) və 330-2-ci maddə (qeyri-qanuni varlanma) maddələri ilə cinayət işi açılıb.
Məlumata görə, keçmiş deputat Yuri Renitse 2020-ci ildə o vaxt prezident olan İ.Dodonun Demokrat Partiyasının lideri, iş adamı Vladimir Plaxotnyuk və müavini Sergey Yaralovla görüşünün videoyazısını paylaşıb. Həmin videoda partiya sədrinin İ.Dodona zərf verdiyi görünür. Deputatın sözlərinə görə, zərfdə külli məbləğdə pul olub. Görüş 2019-cu ilin iyununda baş verib. Bundan bir neçə gün sonra İ.Dodon Moldovanı tərk edib. Sabiq Prezident hazırda ölkəsində yaşayır.