“Moody’s”:"ABŞ iqtisadiyyatı 75%-lik geriləmə ilə üz-üzədir"

Yeni növ koronavirusun yayılması ilə mübarizə çərçivəsində ABŞ ştatlarının və federal hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər Amerika iqtisadiyyatının azı 29%-ni iflic edib.

“Report” xəbər verir ki, “Moody’s” beynəlxalq reytinq agentliyinin analitik bölməsinin bu qiymətləndirmələri ABŞ-ın “The Wall Street Journal” qəzetinin elektron variantında dərc olunub.

Yazıda qeyd olunub ki, ABŞ-ın 50 ştatından 41-də səlahiyyətlilər sakinlərin hərəkətinə məhdudiyyətlər qoyub, ictimai iaşə obyektlərini, universitetləri, kinoteatrları, gözəllik salonlarını, parkları və qeyri-ərzaq mağazalarını bağlayıb. “Moody’s”in qiymətləndirməsinə görə, bu tədbirlər bu ilin mart ayının ilk həftəsi ilə müqayisədə ABŞ ÜDM-nin gündə təxminən 29% azalmasına səbəb olub. Kaliforniya ştatında bu göstəricinin azalması artıq gündə 31,5%-ə (2,8 milyard ABŞ dolları), ABŞ ÜDM-nin təxminən 70%-nin payına düşdüyü digər 15 ştatda isə 40%-ə (12,5 milyard ABŞ dolları) çatır.

“Moody’s”in məlumatına görə, daha otuz ştatın və ölkənin paytaxtın itkisi gündə 4,9 milyard ABŞ dollarına çatır.

Reytinq agentliyinin aparıcı analitiki Mark Zandi bu tempdə enişin bu ilin II rübü boyu davam edəcəyinə inanmır: “Əks təqdirdə, ABŞ-ın illik ÜDM-i təxminən 75% azalacaq. Hesab edirəm ki, yaya qədər məhdudlaşdırıcı tədbirlər tədricən aradan qaldırılacaq və ikinci rübdə ÜDM-də nisbətən mülayim azalma olacaq”.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyada birinci yerə çıxıb. Federal və yerli hökumət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 312,2 mindən çox yoluxma hadisəsi qeydə alınıb, 8 503 xəstə ölüb, 15 021 nəfər sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi məsələsi MM-in gündəliyinə salınıb

Sonrakı məqalə

Tramp: