Moskva aeroportlarında çox sayda reys ləğv olunub

Dumanlı hava səbəbindən Moskvanın üç hava limanında 30-dan çox reys təxirə salınıb və ya ləğv olunub.

“Yandex Raspisanie”nin verdiyi məlumata görə, “Vnukovo” hava limanında 1 reys gecikib, 3 reys təxirə salınıb.

“Domodedovo”da 4 reys gecikib, 12 reys ləğv olunub. “Şeremetyevo” hava limanında isə, 3 reys gecikib, 9 reys ləğv edilib.

Hidrometeorologiya mərkəzi dumanlı hava şəraiti ilə əlaqədar paytaxtda və Moskva vilayətində sarı səviyyəli hava təhlükəsini çərşənbə axşamı saat 09.00-a qədər uzadıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

APA TV-nin sabiq rəhbəri Cavid İsmayıl yeni vəzifəyə təyin olunub

Sonrakı məqalə

“Ukrayna Rusiyanı müharibəyə çəkmək istəyir…” –