“Moskva Bakı və İrəvanı təmkinli olmağa çağırır”- KREML

İrəvanla Bakı arasında yeni gərginlik fonunda Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında təmaslar hələlik planlaşdırılmır.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, ölkələrin nümayəndələri arasında təmaslar davam edir: “Təmaslar davam edir. Ötən gün Putin Moskvada olan Paşinyanla ayrıca söhbət edib. Azərbaycan tərəfi ilə də təmaslar aparılır. Rusiya üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməkdə davam edir”.

Peskov qeyd edib ki, Moskva Bakı və İrəvanı təmkinli olmağa, gərginliyin artmasına səbəb ola biləcək hər hansı  addım atmamağa çağırır.

Azpost.info

Əvvəlki məqalə

“Münaqişə hər an qapımızı döyə bilər, hazır olmalıyıq”

Sonrakı məqalə

“Rusiyalı milyarderin aktivlərini Kiyevə köçürmək qərarını cavabsız qoymayacağıq”