Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılması üçün heç bir problem yoxdur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Lavrov Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın yaxın vaxtlarda yaradılacağına ümid etdiyini vurğulayıb: “Bildiyiniz kimi, bununla bağlı prinsipial razılıq ötən ilin noyabrında Soçidə əldə olunub. Ümid edirik ki, ən yaxın vaxtlarda belə komissiya yaradılacaq. Bizim qiymətləndirmələrimizə görə komissiyanın yaradılması yolunda hansısa maneə müşahidə etmirik”.