Moskva koronavirusu və ÜST-ün fəaliyyətini siyasiləşdirməməyə çağırıb

Moskva digər ölkələri koronavirus mövzusunu və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətini siyasiləşdirmək cəhdlərindən çəkinməyə çağırıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Siyasiləşdirmək cəhdləri təkcə ÜST-ə münasibətdə müşahidə olunmur, ünvanlarına ittihamlar irəli sürülən bu və ya digər ölkələrə münasibətdə də sərgilənir. Pandemiyanın, onun yayılmasının qarşısını almaq, zərərin minimuma endirilməsi üçün hər şeydən əvvəl insanların sağlamlığı və həyatı üçün konkret addımlar üzərində dayanardım”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov ÜST-ün pandemiya ilə mübarizə apararaq vacib koordinasiya rolu oynamağa davam etdiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xeyir-şər evində qumar oynayanlar tutulub

Sonrakı məqalə

“Fərqlənmə nişanı” əldə edən sürücülərin qeydiyyatı başladı