Moskva polisi bu gündən fövqəladə rejimə keçir– Kreml nədən ehtiyat edir?

Rusiya Federal Mühafizə Xidməti aprelin 27-dən mayın 10-dək Moskvada Qırmızı Meydanı ziyarətçilər üçün tamamilə bağladığını elan edib.

Azpost.info xəbər verir ki, məhdudiyyətlər Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş tədbirlərin hazırlanması və keçirilməsi ilə izah edilib.

Ölkənin əsas meydanı son 10 ildə ilk dəfədir belə uzun müddətə bağlanır. Hətta dünya liderlərinin 9 Mayı qeyd etməyə gəldiyi vaxtlarda da məhdudiyyətlər maksimum 10 gün davam edib.

Rusiya Prezident Administrasiyasındakı mənbə bildirib ki, Federal Mühafizə Xidməti əməkdaşları Ukraynada davam edən müharibə fonunda insidentlərdən ehtiyat edərək parad üçün “steril zona” təşkil etməyə çalışırlar.

“Təhlükəsizlik xidmətlərində belə bir fikir var ki, paytaxtda bir neçə Ukrayna təxribat qrupları fəaliyyət göstərir, onların məqsədi hərbi paradı pozmaqdır”, – mənbə bildirib.

Aprelin 26-dan Moskva Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fövqəladə rejimə, Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyası isə gücləndirilmiş rejimə keçir. Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyası mayın 10-dək gücləndirilmiş iş rejimində çalışacaq. Bu, istirahət və bayram günləri olmayan 24/7 cədvəl deməkdir.

Bu cür tədbirlərin görülməsinin səbəbləri barədə məlumat verilməyib, lakin müşahidəçilər bunu Rusiya hakimiyyətinin Moskva yaxınlığında Ukrayna pilotsuz təyyarələrinin, o cümlədən partlayıcı maddələrlə doldurulmuş təyyarələrin sayının artması ilə bağlı qorxuları ilə əlaqələndirirlər.

Azpost.info

Əvvəlki məqalə

18 məktəb direktoru, 14 bağça müdiri işdən azad edilib

Sonrakı məqalə

223 milyon manat dəyərində 4 ton narkotik yandırılıdı –