Moskva Ukrayna münaqişəsinin dondurulması ehtimalını rədd edib

Prezident Putinin mətbuta katibi Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişənin dondurulmasının əleyhinədir.

Azpost.info TASS-a istinadən bildirir ki, Peskov bu məsələdə Qərblə həmrəy olduqlarını vurğulayıb.

“Rusiya yalnız xüsusi hərbi əməliyyatı başa çatdırmaq imkanını nəzərdən keçirir: Məqsəd öz maraqlarını təmin etmək, Rusiyanın məqsədlərinə ya xüsusi hərbi əməliyyatla, ya da digər mövcud vasitələrlə nail olmaqdır”, – deyə Peskov bildirib.

Moskva münaqişənin dondurulması ehtimalını rədd edib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz daha əvvəl bildirmişdi ki, Ukrayna ətrafındakı vəziyyətlə bağlı sülh danışıqları münaqişəni dondurmaq məqsədi daşımamalıdır.

Azpost.info

Əvvəlki məqalə

2100-cü ilə qədər Yer kürəsini ölümcül istilər bürüyəcək

Sonrakı məqalə

Ürək xəstələri üçün ölüm riskinin yüksək olduğu günlər hansıdır? –