“Moskva Ukraynadakı bioloji laboratoriyalar barədə yalan məlumatlar yayır” –Ağ Ev

Rusiya Ukraynada kimyəvi və ya bioloji silahlardan istifadə etməyi planlaşdıra bilər.
Azpost.info xəbər verir ki, bu xəbərdarlıq ABŞ administrasiyasından gəlib. ABŞ prezidentinin mətbuat katibi Cen Psaki bildirib ki, Moskva Ukraynadakı bioloji laboratoriyalar və Pentaqonun burada bioloji silah hazırladığı haqqında yalan məlumatlar yayır.
Bununla Ukraynada əsassız işğalçılıq müharibəsinin daha da genişlənməsinə yol açmaq istəyir. “Rusiya ya kütləvi qırğın silahlarından istifadə etməyə hazırlaşır, ya da müharibəni davam etdirmək üçün əsas yaratmağa çalışır”, – Psaki “Tvitter”də yazıb.
Psaki bildirib ki, Rusiya dəfələrlə kimyəvi silahdan istifadə edib. Məsələn, prezident Vladimir Putinin siyasi rəqiblərinə, xüsusən də Aleksey Navalnıya qarşı hücumlarda. Üstəlik, Moskva dəfələrlə kimyəvi silahdan istifadə edən Suriya lideri Bəşər Əsədi dəstəkləyir: “Bu, Rusiyanın istifadə etdiyi tipik texnikadır. O, Qərbi özünün törətdiyi qanun pozuntularında ittiham edir”.
Cen Psaki həmçinin Çin rəsmilərini Rusiyanın kanspiroloji nəzəriyyələrini yayımlamaqda ittiham edib.
Azpost.info
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lavrov və Kulebanın görüşünə 200 jurnalist akkreditasiya olunub

Sonrakı məqalə

Antalyada Lavrov-Çavuşoğlu görüşü başlayıb