Moskva və Kiyev müharibənin bitməsi haqqında 15 bənddən ibarət plan hazırlayıb

“Rusiya və Ukrayna nümayəndə heyəti münaqişənin bitməsinə dair 15 bənddən ibarət plan hazırlayıblar.
Azpost.info bildirir ki, bu barədə Britaniyanın ” Financial Times” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, plan atəşin kəsilməsini, Kiyevin neytral qalacağı şərti ilə rus ordusunun çıxarılmasını və Ukrayna ordusunun ixtisarını nəzərdə tutulur.
Plana əsasən Ukrayna NATO-ya üzvlükdən imtina etməli və ABŞ, Britaniya və Türkiyə kimi müttəfiqlərinin müdafiəsi müqabilində xarici ölkələrin hərbi bazalarının öz ərazisində yerləşdirməyəcəyi barədə öhdəlik götürməlidir.
Bununla bağlı rəsmi açıqlama hələ ki verilməyib.
Putinin mətbuat katibi Peskov bununla bağlı şərh verməkdən imtina edib: “Hazırda biz hər hansı razılaşma paketi ilə bağlı açıqlamanı tez hesab edirik”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukraynada əməliyyat plana uyğun inkişaf edir” –

Sonrakı məqalə

“Ukraynanı işğal etmək məqsədimiz yoxdur” –