Moskvada Lavrov və Cavad Zərif arasında görüş keçirilir

16 İyun 2020 - 13:55

Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün İran XİN başçısı Rusiya paytaxtına səfərə gəlib.

Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə Rusiya-İran ikitərəfli münasibətləri və Suriya və Liviya münaqişələrinin nizamlanması yolları müzakirə ediləcək.