Moskvanın fəal lobbiçilik etdiyi, dolların hegemonluğuna son qoyacağını proqnozlaşdırdığı “BRİKS vahid valyutası” layihəsi iflasa uğrayıb.
Azpost.info xəbər verir ki, bu, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasından məlum olur.
“Rusiya prezidenti Vladimir Putinin Ukraynanın işğalından qısa müddət sonra elan etdiyi və birliyin beş ölkəsi üçün ortaq valyutanın işə salınması ideyası qısa müddətdə çətin ki, həyata keçirilə bilər”, – Peskov deyib.
O etiraf edib ki, bu, hələ də ekspertlər səviyyəsində gedən müzakirə prosesidir.
“Dünya iqtisadiyyatının de-dollarizasiyası prosesi sarsılmaz şəkildə gedir. Bir çox ölkələr qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə trayektoriyasına can atırlar”, – Peskov qeyd edib.
Azpost.info