Müasirləşdirilmiş ilk “F-16” qırıcıları Türkiyə hərbi hava qüvvələrinə verilib

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığına yerli şirkətlərin səyləri ilə müasirləşdirilmiş ilk “F-16” qırıcıları verilib.

Bu barədə Türkiyənin müdafiə sənayesi idarəsinin başçısı İsmail Dəmir öz tviter hesabında yazıb.

“F-16” qırıcılarının yerli müasirləşdirilmə layihəsi Türkiyə Prezidenti Administrasiyası yanında müdafiə sənayesi idarəsinin təşəbbüsüdür və “Özgür” adını alıb.

Bu layihə çərçivəsində təyyarələrdə radarların, idarəetmə sistemlərinin, avionika və başqa avadanlığın dəyişdirilməsi həyata keçirilib ki, bu da “F-16” qırıcısının “Block 30” versiyasının istismar müddətini 8 min saatdan 12 min saata qaldırmaq imkanı verir.

“Anadolu” agentliyinin məlumatına görə, oxşar müasirləşdirmə prosesi “F-16” qırıcısının “Block 40” və “Block 50” versiyaları üçün də nəzərdə tutulub. Bununla da təyyarələr 2040-cı ilədək istifadə oluna bilər.

Müasirləşdirilmənin əsas elementi təyyarələrdə “özünün-özgənin” rejiminə uyğun olaraq, digər təyyarələri təyin edə bilən yeni rabitə sisteminin inteqrasiyası olub(azərtac).

Əvvəlki məqalə

Belarusda KTMT-nin 5 təlimi keçiriləcək

Sonrakı məqalə

Zelenski G7 sammitində iştirak edəcək