Mübariz Qurbanlının prokuror qardaşı vəzifədən azad olunub

Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.

Azpost.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. T.Qurbanovun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstandan 10 min dollardan çox pul çıxarmaq qadağan olundu –

Sonrakı məqalə

Rusiya bazarını 209 şirkət tərk edib