Müğənni Valeri Meladze vətənə xəyanətdə ittiham oluna bilər

Rusiyanın populyar müğənnisi Valeri Meladze Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməkdə şübhəli bilinərək vətənə xəyanətdə ittiham oluna bilər.

Azpost.info xəbər verir ki, bunu hüquqşünas Yanis Yukşa bildirib.

Hüquqşünasın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə hər hansı vəsait köçürən şəxslər ifşa edilməli və cəzalandırılmalıdır.

“Vətənə xəyanət hər hansı bir məlumatın, vəsaitin düşmənə ötürülməsidir. Mülki insanlar ölür və bu, Rusiya vətəndaşları tərəfindən maliyyələşdirilirsə, xəyanətdən danışmaq olar. Bu şəxslər tapılmalı, ifşa edilməli və cəzalandırılmalıdır”, – Yukşa deyib.

Qeyd edək ki, Rusiya Baş Prokurorluğu Meladzeni Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsinə görə yoxlayacaq. Artıq prokurorluqdan idarəyə müvafiq göstəriş daxil olub.

Azpost.info

Əvvəlki məqalə

Rusiya təyyarəsinin İraq hava məkanına daxil olmasına icazə verilməyib

Sonrakı məqalə

“Persona non grata” elan olunan İran diplomatları Azərbaycanı tərk edib –