Rusiya işğalı başlayandan bəri Belarusdan Ukraynaya ən azı 631 raket atılıb.
Azpost.info xəbər verir ki, bu barədə “Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.
Məlumata görə, ilk maksimum buraxılış martın 9-da qeydə alınıb. O zaman ən azı 35 raket buraxılıb: “Aprelin əvvəlinə qədər buraxılışlar günü-gündən artırdı və aprelin 1-də Ukrayna Belarus tərəfdən ən böyük bombardmana məruz qaldı. Həmin gün raketlər sözün həqiqi mənasında hər 10 dəqiqədən bir buraxılıb”.
O da bildirilir ki, Belarusdan atışlar bu günə qədər davam edir. Sonuncu mayın 3-də saat 11:35-də qeydə alınıb.
Azpost.info