22 günlük müharibədə Kiyevdə 757 uşaq dünyaya gəlib.
Azpost.info xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznik məlumat verib.
O qeyd edib ki, müharibə başlayandan indiyədək paytaxtda 757 uşaq – 403 oğlan, 354 qız doğulub.
Doğulanlar arasında 13 əkiz var.
Azpost.info