Müharibə başlayandan Ukraynada 79 uşaq ölüb

Müharibə başlayandan Ukraynada 79 uşaq ölüb, 100-ə yaxın uşaq isə yaralanıb.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, qurbanların əksəriyyəti Kiyev, Xarkov, Donetsk, Sumı, Herson və Jitomirdəndir. Prokurorluq bildirir ki, Rusiya silahlı qüvvələrinin fəal döyüşdüyü yerləri yoxlamaq imkanı olmadığından bu rəqəm yekun deyil.

Eyni zamanda, son iki həftədə ölkə üzrə 280-dən çox təhsil müəssisəsi dağıdılıb. Onlardan 9-u tamamilə məhv edilib. Nəticədə 7 milyon uşaq təhsil almaq imkanından məhrum edilib. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə və Ermənistan XİN başçıları Antalyada görüşüb

Sonrakı məqalə

Rusiyada internet bağlansa Azərbaycanda hansı problemlər yaşana bilər? –