Müharibə başlayandan Ukraynanı 9 milyon insan tərk edib- BMT

Müharibə başlayandan 9 milyona yaxın insan Ukraynanı tərk edib.

Azpost.info xəbər verir ki, 6 milyondan çox ukraynalı hələ də xaricdə qalır. Onların iki milyona yaxını öz vətənlərinə qayıtmaq istəyir.

Bu barədə “Wall Street Journal” BMT-nin hesabatına istinadən yazıb.

Təşkilatın məlumatına görə, 350 minə yaxın insan artıq ölkəyə qayıdıb. Lakin onlar öz evlərinə yerləşə bilməyiblər və köçkün statusunda qalıblar.

Ukrayna İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkədən gedən hər 100 000 nəfər ölkənin ÜDM-ni 0,5 faiz azaldır. Geri dönənlərin hazırkı dalğası xaricdə sabit iş və mənzil tapa bilməyənlər və ya yaxın qohumlarını ölkədə qoyub gedənlərdir.

Nazirlik yaxın 10 il ərzində iqtisadiyyatı stimullaşdırmaq üçün dörd milyon yarım iş yeri yaratmağa hazırlaşır.

Azpost.info

Əvvəlki məqalə

Rusiyadan Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyuldu

Sonrakı məqalə

TƏBİB-ə yeni səlahiyyət verilib