“Müharibəni dayandırmağın zamanı çatıb” –ZELENSKİ DÜNYA LİDERLƏRİNƏ MÜRACİƏT ETDİ

Ukrayna prezidenti Zelenski G20-nin İndonesiyada keçirilən sammitinin iştirakçılarına müraciət edib. 

Azpost.info bildirir ki, prezident videomüraciətində dünya liderlərini Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dayandırmağa çağırıb.

“Ukraynaya qarşı müharibənin dayandırılması üçün vaxt çatıb. Biz Rusiyaya öz qüvvələrini gücləndirmək üçün imkan verə bilmərik. Mən əminəm ki, bu müharibəni dayandırmaq zamanı gəlib çatıb”-deyə Zelenski bəyan edib.

Prezident deyib ki, müharibənin başa çatması üçün Rusiya öz qoşunlarını çıxarmalı, vurduğu zərərə görə kompensasiya ödəməli, və Ukraynanın ərazi bütövlüyünü təsdiqləməlidir.

Zelenski həmçinin müharibədən sonrakı təhlükəsizlik sisteminin möhkəmləndirilməsi üçün beynəlxlaq konfrans çağrılmasını təklif edib.

 

 

Əvvəlki məqalə

Bayden G20 sammitinin ilk iclasına yarım saat gec gəlib

Sonrakı məqalə

“Sədərək”də sahibkarı dəmir lomla vurdular –