“Müharibə başlayandan sonra Putinə sui-qəsd cəhdi olub” –Ukrayna kəşfiyyatı

Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi olub.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib. “Putinə qarşı sui-qəsdlər olub… Hətta bir müddət əvvəl ona, necə deyərlər, Qafqazın nümayəndələri tərəfindən sui-qəsd təşkil olunub. Bu, açıq məlumat deyil. Tamamilə uğursuz sui-qəsd cəhdi idi. Amma həqiqətən də baş vermişdi… Təxminən 2 ay əvvəl. Bu hadisə ilə bağlı heç bir məlumat yayılmadı”, – Budanov bildirib.

Azpost.info

Əvvəlki məqalə

Polşa Rusiya ilə qaz sazişini pozdu –

Sonrakı məqalə

“Azərbaycan futbolunu yaxşı heç nə gözləmir” –