“Müharibə olacağını bir ay əvvəldən bilirdik, xalqa desəydik, uduzardıq” –ZELENSKİNİN MÜŞAVİRİ

“Ukraynalılara Rusiyanın genişmiqyaslı işğalının qaçılmaz olması barədə heç bir məlumat verilməyib. Baxmayaraq ki, Ukrayna hökuməti Kremlin planlarından müharibənin başlamasına ən azı bir ay qalmış xəbərdar idi”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç ISLND televiziyasına müsahibəsində deyib.

Arestoviç bildirib ki, Ukrayna Rusiyanın dekabrın əvvəlində işğala hazırlaşdığına dair etibarlı sübutlar əldə edib: “Lakin heç kim konkret tarix demirdi. Ukrayna müdafiəyə hazırlaşmağa başladı – ehtiyatlar səfərbər olundu, təlimlər keçirildi, yerli hakimiyyət orqanları ilə iş aparıldı”.

Arestoviç qeyd edib ki, xaosun qarşısını almaq üçün hakimiyyət ukraynalılara müharibənin qaçılmaz olduğunu deməmək qərarına gəlib: “Bu xəbər vətəndaşların ölkədən kütləvi şəkildə qaçmasına səbəb olacaqdı. 8-12 milyon arası qaçqın avtomobillərlə yolları bağlayıb Ukrayna ordusunun müdafiə xəttinə çatmasına mane olacaqdı. Bu, təcavüzkara və onun planlarına kömək etmiş olardı. Çünki bu, Rusiyanın hərbi rəhbərliyi üçün çox arzuolunan vəziyyət idi. Belə olan halda, biz yəqin ki, bu müharibəni dərhal uduzardıq. Vəziyyətin öhdəsindən heç bir şəkildə gələ bilməzdik və yeganə çıxış yolu öz vətəndaşlarımızı tanklarla əzmək, körpülərdən keçmək üçün onları güllələmək olardı. İndi sual olunur – nə qərar verilməli idi? Ya susmaq, ya da iflic olmuş ölkəni tərk etmək və böyük ehtimalla, sol sahili təslim etmək…”.

Arestoviç deyir ki, hakimiyyət çətin seçim qarşısında qalıb. Çünki onlar “pis” və “çox pis” variantlar arasında seçim etməli olublar: “Yaxşı variantlar yox idi. Ölkə rəhbərliyinin nəzərdən keçirdiyi bütün ssenarilərə görə, ukraynalılara Rusiyanın işğalı ilə bağlı həqiqət dərhal çatdırılsaydı, dövlətimiz müharibəni uduzardı”.

Azpost.info

Əvvəlki məqalə

“Anası dedi ki, polis rəisindən pul almağa gəlmişəm” –

Sonrakı məqalə

Rusiya oliqarxları lüks yaxtalarını Maldiv adalarında gizlədir –