“Müharibəni bitirmək Putinin əlindədir”- Almaniya kansleri

“Almaniya lazım olduğu qədər Ukraynaya dəstəyini davam etdirəcək”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

“Bir ildir ki, Rusiya Ukraynaya qarşı amansız işğalçılıq müharibəsi aparır. Almaniya Ukraynanın tərəfindədir və gələcəkdə də bunu davam etdirəcək. 2022-ci il fevralın 24-dən sonra dünya əvvəlki kimi olmayacaq. Bir il əvvəl dediyim kimi, biz dönüş nöqtəsinin şahidiyik”, – Şolts deyib.

Kansler əlavə edib ki, dünya ictimaiyyəti ukraynalıların qətiyyət və cəsarətinə heyran qalıb: “Almaniya bu işdə onları dəstəkləməyə davam edəcək. Rusiya prezidenti uğursuzluğa düçar olub. Vladimir Putin bölməyə çalışdı, lakin əksinə nail oldu. Ukrayna heç vaxt olmadığı qədər birləşib”.

Şoltsun sözlərinə görə, müharibəni uzadan Qərbin silah tədarükü deyil, Rusiyadır: “Rusiya prezidenti Vladimir Putin imperialist məqsədinə çatmadığını nə qədər tez etiraf etsə, müharibənin tezliklə başa çatması şansı bir o qədər çox olar. Bu, Putinin əlindədir. O, bu müharibəni bitirə bilər”.

Azpost.info

Əvvəlki məqalə

Bakıda bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq

Sonrakı məqalə

“Trendyol”dan sifarişlər qadağan edilə bilməz” –