ABŞ Rusiyanı mülki əhalinin Mariupoldan və orada yerləşən “Azovstal” zavodundan çıxmasını təmin etməyə çağırır.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. “O, (Putin-red:) humanitar dəhliz yaratmağa icazə verməlidir ki, bu zavoddan və dağıntılar altında qalan digər yerlərdən insanlar çıxa bilsin”, – Bayden deyib.
Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Mariupoldakı “Azovstal” zavodunun ərazisində minə yaxın dinc sakinin və 500 yaralı ukraynalı əsgərin olduğunu bildirib.
Azpost.info