“Münaqişələrin ən böyük alovlandırıcısı ABŞ-dır”- Çin XİN

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin ABŞ-ı “münaqişələrin ən böyük alovlandırıcısı” adlandırıb.

Azpost.info xəbər verir ki, Venbin deyib ki, 240 illik tarixində ABŞ cəmi 16 ildir müharibə aparmır.

“İkinci Dünya müharibəsi başa çatdıqdan sonra silahlı münaqişələrin təxminən 80 faizini ABŞ başladıb, 50-dən çox xarici hökuməti devirməyə cəhd edib, ən azı 30 ölkədə seçkilərə müdaxilə edib və 50-dən çox xarici liderli sıradan çıxarmağa çalışıb”, – Venbin qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Həkimlərimiz Kahramanmaraşda 71 əməliyyat icra edib, 468 nəfərə ambulator yardım göstərib

Sonrakı məqalə

İranda idman nazirini daşıyan helikopter qəzaya uğrayıb