“Münaqişəni həll etməyin yolu Rusiya qoşunlarının Donbas və Krımdan çıxarılmasıdır”- “The Guardian”

Qərb liderləri Ukraynanın əks-hücumuna cavab olaraq Rusiyanın əl atacağı bütün vasitələrə qarşı hazırlıqlı olmağa çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

“Britaniya diplomatları G7-dəki həmkarlarını Moskvanın ekstremal tədbirlərinə hazır olmağa çağırıb”, – nəşr qeyd edib.

Nəşrin həmsöhbətləri bildiriblər ki, G7 XİN rəhbərlərinin son görüşündə Ukraynadakı münaqişəyə son qoyulmasının gələcək perspektivləri barədə açıq fikir mübadiləsi aparılıb: “Britaniya tərəfi hesab edir ki, münaqişəni həll etməyin yeganə yolu Rusiya qoşunlarının Donbas və Krım ərazisindən çıxarılmasıdır”.

Azpost.info

Əvvəlki məqalə

FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi hakim qarşısına çıxarılıb

Sonrakı məqalə

İsmayıllıda zəlzələ olub