Ermənistanın Baş naziri Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının deputat fraksiyası ilə görüşündə Laçın dəhlizi ilə bağlı məsələni müzakirə edib.
Azpost.info bildirir ki, ArmLur.am saytı partiyadakı mənbəsinin verdiyi məlumatlar əsasında bəzi məqamları aydınlaşdıra bilib.
Baş nazir “Laçın dəhlizi nə vaxt açılacaq?” sualına aydın cavab verə bilməyib.
Paşinyan deyib ki, hakimiyyət müxtəlif ölkələrin strukturları ilə təmasdadırlar, lakin bu dövlətlərin heç biri dəhlizin açılması ilə bağlı konkret və aydın təminat vermirlər.
Rusiyanın vasitəçilik missiyasına gəlincə, Paşinyan bu barədə də aydın fikir deyə bilməyib. Baş nazir yalnız onu vurğulayıb ki, müttəfiqi bu məsələni təxirə salıb və yeşiyin ən uzaq küncünə tullayıb. “Amma əlavə edib ki, onları başa düşmək olar, müharibə gedir, kəllələr ayrı məsələlərə məşğuldur”-deyə mənbə Paşiynanın sözlərini çatdırıb.