Müxalifətçilər İrəvan metrosunda hərəkəti dayandırıb

Bu gün səhər etirazçılar İrəvan metrosunda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə hərəkəti dayandırıblar.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Müxalifyönlü “Müqavimət” hərəkatının üzvləri qatarlardan birinin qapısının bağlanmasına imkan verməyib. Etirazçılar Paşinyan əleyhinə şüarlar səsləndiriblər. Polis onlara mane olmayıb. Müxalifət tərəfdarları bir neçə həftədir ki, paytaxtda və digər şəhərlərdə aksiyalar keçirirlər. Etirazçılar hesab edirlər ki, Paşinyan hökumətinin siyasəti Ermənistanın təhlükəsizliyini təhdid edir.

Azpost.info

Əvvəlki məqalə

İran prezidenti SEPAH komandirinin qisasını alacaqlarına söz verdi

Sonrakı məqalə

“Çin Tayvanı işğal etsə ABŞ hərbi müdaxilə edəcək” –