“Nə qədər ki, nifaq və düşmənçilik toxumu səpənlər var, diqqətsiz qala bilmərik”- TOKAYEV

“Qazaxıstan öz milli maraqlarını müdafiə etməyə hazırdır. Özü də təkcə diplomatiya yolu ilə deyil”.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətinin ictimaiyyəti ilə görüşündə bildirib.

“Biz müqəddəs müstəqilliyimizi qorumağa, milli maraqları təkcə diplomatiyanın köməyi ilə deyil, həm də daha sərt mövqelərlə müdafiə etməyə hazırıq. Bu, bizim qəti mövqeyimizdir”, – Qazaxıstan lideri vurğulayıb.

Prezident qeyd edib ki, son aylar hakerlər Qazaxıstanın informasiya sistemlərinə aktiv şəkildə hücum ediblər. Onun sözlərinə görə, indiki siyasi kampaniya zamanı bu hücumlar xüsusilə tez-tez baş verib. Tokayev kiberhücumların ciddi şəkildə yatırılacağını, o cümlədən dezinformasiyanın yayılmasına qadağa qoyulmasının istisna edilmədiyini deyib.

Tokayev əlavə edib ki, xarici siyasət gündəmindən başqa, daxili vəziyyət də Qazaxıstanda sabitlik və təhlükəsizliyə böyük təsir göstərir: “Nə qədər ki, ölkəmizdə və onun hüdudlarından kənarda nifaq və düşmənçilik toxumu səpənlər var, biz diqqətsiz qala bilmərik”.

Azpost.info

Əvvəlki məqalə

“Çinin daxili siyasətinə qarışmayın!”

Sonrakı məqalə

Sabah hava necə olacaq?