Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Minskə gedib.
Azpost.info xəbər verir ki, o, Belarusun paytaxtında prezident Aleksandr Lukaşenko ilə görüşəcək.
Sergey Narışkin Minskdə Lukaşenko ilə sonuncu dəfə 2020-ci ilin oktyabrında görüşüb. Həmin vaxt Rusiya və Belarus tərəfi İttifaq dövləti ətrafındakı vəziyyəti və mümkün təhlükələrdən qorunmaq üçün iki dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə etmişdilər.
Azpost.info