NATO dənizdə Rusiya ilə müharibəni “məşq edəcək”- 3 min hərbçinin iştirakı ilə təlimlər başlayır

Qərb ölkələrinin 30-a yaxın gəmisi və 3000-dən çox hərbçisinin iştirak edəcəyi Baltik dənizində “Northern Coasts” irimiqyaslı hərbi dəniz təlimləri başlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri, vitse-admiral Yan Kristian Kaak “Reuters”ə deyib.

Kaakın sözlərinə görə, onlar ilk dəfə olaraq Rusiyanın regiona mümkün müdaxiləsinə cavab tədbirləri görəcəklər.

“Biz Rusiyaya aydın mesaj veririk: heç nə diqqətdən yayınmayacaq. Etibarlı müdafiəyə hücum etmək bacarığı daxildir”, – vitse-admiral Berlində keçirdiyi mətbuat konfransında bildirib.

“Northern Coasts” təlimi sentyabrın 9-da başlayacaq və iki həftə davam edəcək. Təlimlərdə Baltik dənizinə çıxışı olan bütün NATO ölkələrinin, eləcə də İsveç, ABŞ, Kanada, Niderland, Belçika və Fransanın hərbçiləri iştirak edəcək.

Təlimlərin prioritet istiqamətlərindən biri Baltik dənizinin Latviya və Estoniya sahillərindən keçən marşrutlarının təhlükəsizliyinin təmin edilməsi olacaq.

Azpost.info

Əvvəlki məqalə

“Formula 1”: Karlos Sayns İtaliya Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərib

Sonrakı məqalə

Sabirabadda ev yanıb