NATO Baş katibi sabah Türkiyəyə gedir

NATO Baş katibi Yens Stoltenberq fevralın 16-da Türkiyəyə gedəcək.

Azpost.info xəbər verir ki, Baş katib Ankraya Finlandiya və İsveçin alyansa qoşulması şərtlərini müzakirə etmək üçün yollanır.

Stoltenberq deyir ki, bu ölkələr Türkiyənin 2022-ci ilin iyununda Madriddə keçirilən NATO sammitində qəbul edilmiş üçtərəfli memorandumda irəli sürdüyü bütün şərtləri yerinə yetiriblər.

“Finlandiya və İsveç payıza qədər Alyansa üzv olmalıdırlar. Üzvlük sənədi NATO-nun 28 ölkəsi tərəfindən ratifikasiya olunub, lakin Türkiyə və Macarıstan hələlik bunu etməyiblər. Mən hər iki ölkə üçün sənədlərin eyni vaxtda ratifikasiyası üçün fəal şəkildə çalışıram. Sabah bu məsələni müzakirə etmək üçün Türkiyəyə uçuram”, – Baş katib qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Xəzər dənizində zəlzələ olub

Sonrakı məqalə

Gömrük Komitəsi ilə şirkət arasında qalmaqal –