“Ermənistanın NATO-ya daxil olması Cənubi Qafqazda vəziyyəti yaxşılaşdırmayacaq və təhlükəsizlik problemlərinin həllində İrəvana kömək etməyəcək”,.
Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının rəsmisi Vladimir Cabarov deyib.
Onun sözlərinə görə, bu halda NATO vahid məqsəd güdür: Rusiya sərhədləri yaxınlığında gərginlik ocağı yaratmaq.
Senator Ermənistanı Ukraynanın yolunu və səhvlərini təkrarlamamağa çağırıb: “NATO açıq-aşkar rusofob əməllərlə məşğul olan aqressiv və tamamilə sabitliyi pozan strukturdur. Bunun Cənubi Qafqazda vəziyyəti yaxşılaşdıracağını və Ermənistana təhlükəsizlik problemlərinin həllində kömək edəcəyini düşünmürəm. Əgər şübhə varsa, Ukraynadakı vəziyyətə baxsınlar. Ukrayna NATO-ya daxil olmaq istəyəndən və bu aqressiv bloka mümkün qədər yaxınlaşmaq siyasəti yeritdikdən sonra daha təhlükəsiz oldu?”.
Senator erməni xalqının düzgün qərar verəcəyinə ümid etdiyini bildirib və xatırladıb ki, Ermənistan Rusiyanın KTMT-də ən yaxın müttəfiqi, həmçinin Avrasiya İqtisadi İttifaqının üzvüdür.
Azpost.info